Bakı. Trend:
Bu ilin fevralın 1-nə Azərbaycanda regionlar üzrə cəlb olunmuşəmanətlər 14,7 milyard manat təşkil edib.
Bu barədə Trend Mərkəzi Bankdan məlumat əldə edib.
Məlumata əsasən, ölkə üzrə cəlb olunmuş əmanətlərin ən çoxu – 13milyard manatı Bakı iqtisadi rayonunun, ən azı – 503 min manatı isəŞərqi Zəngəzur iqtisadi rayonunun payına düşüb.
Dövr ərzində regionlar arasında bankda əmanəti olanlarınsiyahısında Abşeron-Xızı iqtisadi rayonu ikincidir. Burada yaşayanəhalinin banklarda 520,8 milyon manat pulu var.
Siyahıda üçüncü yerdə isə 235,2 milyon manat əmanət cəlbi iləGəncə-Daşkəsən iqtisadi rayonu qərarlaşıb.
Regionlar üzrə cəlb olunmuş əmanətlərin siyahısını təqdimedirik:
Regionlar üzrə cəlb olunmuş əmanətlər | ||
Regionların adı | Cəmi (min manat) | Orta % dərəcəsi |
Bakı iqtisadi rayonu | 12,977,758 | 4.36% |
Abşeron-Xızı iqtisadi rayonu | 520,788 | 6.29% |
Gəncə-Daşkəsən iqtisadi rayonu | 235,177 | 6.15% |
Quba-Xaçmaz iqtisadi rayonu | 138,748 | 5.59% |
Lənkəran-Astara iqtisadi rayonu | 131,786 | 5.36% |
Şəki-Zaqatala iqtisadi rayonu | 126,492 | 4.65% |
Mərkəzi Aran iqtisadi rayonu | 123,797 | 5.53% |
Qazax-Tovuz iqtisadi rayonu | 110,475 | 6.02% |
Qarabağ iqtisadi rayonu | 91,826 | 4.87% |
Naxçıvan iqtisadi rayonu | 74,278 | 3.74% |
Şirvan-Salyan iqtisadi rayonu | 71,004 | 4.33% |
Mil-Muğan iqtisadi rayonu | 52,310 | 3.51% |
Dağlıq Şirvan iqtisadi rayonu | 43,713 | 5.35% |
Şərqi Zəngəzur iqtisadi rayonu | 503 | 2.70% |
Cəmi | 14,698,654 | 4.50% |