AZ

"Oba market"də partlayış zamanı xəsarət alan üçüncü şəxsin kimliyi məlum olub

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən "Oba market"də baş vermiş partlayış zamanı xəsarət alan üçüncü şəxsin də kimliyi bəlli olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, partlayış zamanı marketin qarşısından keçərkən xəsarət alan şəxs Nargül Məhəmməd qızı Baxşıyeva olub.
Xatırladaq ki, partlayış zamanı ümumilikdə üç nəfər xəsarət alıb ki, bunlardan ikisi - 45 yaşlı Kəmalə Əhmədova və 38 yaşlı Şəlalə Əsgərova - marketin əməkdaşlarıdır.
Əldə etdiyimiz digər məlumata görə, "Oba market" MMC-nin xəsarət alan əməkdaşlarının müalicəsi şirkət hesabına "Liv Bona Dea"da davam etdirilir. Xəsarət alan Nargül Baxşıyevaya isə şirkət tərəfindən bütün yardımlar göstərilib.
Qeyd edək ki, Kəmalə Əhmədova və Şəlalə Əsgərovanın səhhəti ilə bağlı məlumat almaq üçün "Liv Bona Dea"ya sorğu göndərilib.
Məhərrəm Əliyev
Seçilən
31
50
oxu.az

10Mənbələr