AZ

Zelenski: "Yaxın zamanda sülhü tezləşdirmək üçün ilk addımlarla bağlı plan hazır olacaq"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ukrayna və Avropa ədalətli və davamlı sülhə nail olmaq üçün plan hazırlayır. Bu plan tezliklə hazır olacaq.
Oxu.Az "RBC-Ukraine"ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında yazıb.
O bildirib ki, bu gün Sloveniyanın Baş naziri Robert Qolob ilə liderlərin Londonda keçiriləcək sammiti barədə məlumat vermək və birgə səyləri müzakirə etmək üçün telefon danışığı baş tutub.
"Biz ədalətli və davamlı sülhü yaxınlaşdırmaq üçün ilk addımlar üçün plan hazırlayırıq. Biz bunun üzərində sürətlə işləyirik. O yaxın vaxtlarda hazır olacaq", - prezident qeyd edib.
Zelenski vurğulayıb ki, Avropanın müharibəni dayandırmaq və təhlükəsizliyi təmin etmək üçün ümumi baxışı var və o, Ukrayna və ABŞ ilə birlikdə gələcək danışıqlar masasında olmalıdır.
Seçilən
19
50
oxu.az

10Mənbələr