AZ

ABŞ Çinlə müharibəyə hazırdır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ Çinlə müharibəyə can atmır, lakin Prezident Donald Trampın administrasiyasının rəhbərliyi altında buna hazır olmaq üçün öz ordusunu gücləndirəcək.
Oxu.Az "The Nyu York Post"a (NYP) istinadən xəbər verir ki, bu barədə ABŞ-nin müdafiə naziri Pit Heqset bildirib.
"Sülh arzusunda olanlar müharibəyə hazırlaşmalıdırlar. Buna görə də, biz ordumuzu gücləndiririk. Biz çəkindirmə qüvvəsini bərpa edirik. Döyüş ruhu onunla bağlıdır ki, biz çox fərqli ideologiyaları olan güclü, yüksələn ölkələrlə təhlükəli bir dünyada yaşayırıq. Biz Çinlə müharibə istəmirik və müharibəyə can atmırıq. Biz çalışacağıq, prezident də çalışır ki, tarixi sülh olsun. Amma müdafiə naziri kimi mənim işim hazır olduğumuzdan əmin olmaqdır", - o qeyd edib.
Bununla Pentaqon rəhbəri Çin səfirliyinin "X" sosial şəbəkəsindəki "ABŞ-nin istədiyi müharibədirsə, istər tarif, istər ticarət, istərsə də hər hansı digər müharibə, biz sona qədər mübarizə aparmağa hazırıq" paylaşımına cavab verib.
Seçilən
100
50
oxu.az

10Mənbələr