AZ

“CFI Financial İnvestisiya” “Azfinance”ın yerişini təkrarlaya bilmir - 180 milyonluq azalma

"CFI Financial İnvestisiya Şirkəti"nin 2025-ci ilin yanvar-fevral ayında “Bakı Fond Birjası”da (BFB) apardığı əməliyyatların həcmi 40 əqd üzrə 118,5 milyon manat təşkil edib. 

Valyuta.az-ın hesablamasına görə, investisiya şirkətinin birja əməliyyatları son bir ildə 60,4% və ya 180,4 milyon manat azalıb. Belə ki, 2024-ci ilin yanvar-fevral aylarında şirkətin (“Azfinance” adlanırdı) dövriyyəsi 298,9 milyon manat təşkil edib. Bağlanan əqdlərin sayı isə 319-dan 40-a enib. 

Bu dövrdə investisiya şirkətinin birja əməliyyatlarının 12,6 milyon manatı dövlət istiqrazlarının, 105,7 milyon manatı repo əməliyyatlarının, 182,2 min manatı isə korporativ istiqazların payına düşüb.

Qeyd edək ki, “CFI Financial İnvestisiya” bu ilin ilk iki ayında daxili birjada dövriyyəsi ən çox azalan şirkət olub. 

Xatırladaq ki, "AzFinance Investment Şirkəti" ötən ilin avqust "CFI Financial Group"a satıldıqdan sonra rebrendinqini elan edib və "CFI Financial İnvestisiya Şirkəti"nə çevrilib. Şirkətə böyük maya qoyulduğu deyilsə də, hələlik sələfinin performansını göstərmək mümkün olmayıb.

Seçilən
60
1
valyuta.az

10Mənbələr