AZ

Tramp İranı HƏDƏLƏDİ: ABŞ ilə razılaşmalı olacaq

ABŞ prezidenti Donald Tramp deyib ki, Tehran ya Vaşinqtonla razılığa gəlməlidir, ya da yaxın gələcəkdə nəticələri ilə üzləşməlidir.

Qaziler.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Oval kabinetdə jurnalistlərə açıqlama verən Tramp ABŞ və İran arasında vəziyyətin gərgin olduğunu və çox yaxında nəyinsə baş verəcəyini bildirib. Amerika lideri sülh sazişinə ümid etdiyini vurğulayıb, lakin alternativ variantın da problemi həll edə biləcəyini qeyd edib.

Tramp ABŞ-nin bu məsələdə hansı addımları ata biləcəyini açıqlamayıb, lakin vurğulayıb ki, Vaşinqton Tehranla münasibətlərdə mövcud vəziyyətlə barışmaq niyyətində deyil.

QAZİLER.AZ

Seçilən
99
3
qaziler.az

10Mənbələr