AZ

“Qalatasaray”ın hücumçusu Premyer Liqa klubuna keçir

“Napoli”nin hücumçusu Viktor Osimhen İngiltərə Premyer Liqasında oynaya bilər.

İdmanxeber.az-ın məlumatına görə, nigeriyalı forvard “Çelsi”nin gündəmindədi. London klubu 26 yaşlı hücumçunu transfer etmək niyyətindədi.

Oyunçunun “Napoli” ilə müqaviləsində 75 milyon avroya sərbəst qalacağı qeyd edilib.

Xatırladaq ki, hücumçu “Qalatasaray”da icarə əsasında çıxış edir. Osimhen Türkiyə Super Liqasında “Qalatasaray”ın heyətində 21 oyun keçirib, 17 qol vurub və 4 məhsuldar ötürmə edib.

 

Seçilən
51
22
idmanxeber.az

10Mənbələr