AZ

Ararat Mirzoyan: “Qərbi Azərbaycan tələbi Ermənistana torpaq iddiasıdır”

“Azərbaycanın Qərbi Azərbaycan iddiasında suveren Ermənistan Respublikasına qarşı ərazi iddiaları yer alır”. Tribunainfo.az bildirir ki, bu sözləri Ermənistanın XİN başçısı Ararat Mirzoyan deyib.
Onun sözlərinə görə, rəsmi Bakı Qərbi Azərbaycana qayıdış məsələsində israrlıdır. Amma erməni nazir bu prosesin baş verməsinə mane olan səbəbləri sadalamadan sülh danışıqlarından bəhs edib. “Bütün çətinliklərə baxmayaraq, Ermənistan ardıcıl olaraq Cənubi Qafqazda davamlı sülhün bərqərar olması istiqamətində çalışır”.
O qeyd edib ki, Ermənistan Azərbaycanla sülh prosesində iştirak edir. “Bu gün biz hər zamankından daha çox sülh müqaviləsini imzalamağa yaxınıq”.

Seçilən
40
50
tribunainfo.az

10Mənbələr