17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışı keçiriləcək.
İdman.biz xəbər verir ki, yığmamız fevralın 11-dən 13-nə qədər Bakıda hazırlıq keçəcək.
U-17 ayın 14-dən 22-dək Belarusun paytaxtı Minskdə gənclər arasında İnkişaf Kuboku turnirində iştirak edəcək. Millimiz B qrupunda Rusiya, İran və Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə mübarizə aparacaq.
A qrupunda isə Belarus, Özbəkistan, Tacikistan yığmaları və Braziliyanın “BSA Akademiyası” komandası çıxış edəcək. Qrup mərhələsinin oyunlarından sonra fevralın 21-də həlledici görüşlər təşkil olunacaq. Qrup birinciləri çempionluq, ikinciləri üçüncü yer, üçüncüləri beşinci yer, dördüncüləri isə yeddinci yer uğrunda qarşılaşacaqlar.
S. | Ad / Soyad | Klub |
1 | Rauf Əyyubov | Sabah |
2 | Elbrus Kərimov | Marcet FU (İspaniya) |
3 | Murad Qurbanov | Zirə |
4 | Amin Rzayev | Qarabağ |
5 | Həzrət Səmədov | Sabah |
6 | Tunar Muradov | Turan Tovuz |
7 | Tuncay Əhmədov | Marcet FU (İspaniya) |
8 | Fərid Cabbarlı | Zirə |
9 | Nadir Nəsibli | Marcet FU (İspaniya) |
10 | Muhamməd Çodarov | Marcet FU (İspaniya) |
11 | İbrahim Xəlilov | Sabah |
12 | Əli Qazibəyov | Qarabağ |
13 | İmran Suleymanzadə | Zirə |
14 | Ariz Kərimov | Qəbələ |
15 | Abdulaziz Cabbarlı | Qarabağ |
16 | Əhliman Süleymanzadə | Zirə |
17 | Emil Usubov | Zirə |
18 | Tunar Rzayev | Marcet FU (İspaniya) |
19 | Əhməd Vəliyev | Qarabağ |
20 | Əli İbrahim | Qarabağ |
Qeyd edək ki, millimiz ayın 16-da Rusiya, ertəsi gün İran, 19-da Qazaxıstanla görüşəcək.
İdman.biz