Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Belarusun paytaxtı Minskdə təşkil olunacaq gənclər arasında İnkişaf Kuboku turnirində iştrak edəcək.
AzNews.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, milli B qrupunda Rusiya, İran və Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə mübarizə aparacaq.
A qrupunda isə Belarus, Özbəkistan, Tacikistan yığmaları və Braziliyanın “BSA Akademiyası” komandası çıxış edəcək.
Qrup mərhələsinin oyunlarından sonra fevralın 21-də həlledici görüşlər təşkil olunacaq. Qrup birinciləri çempionluq, ikinciləri üçüncü yer, üçüncüləri beşinci yer, dördüncüləri isə yeddinci yer uğrunda qarşılaşacaqlar.17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası fevralın 11-dən 13-nə kimi Bakıda təlim məşq toplanışı keçəcək.
Millimizin heyəti və oyunlarının təqvimi ilə sizi tanış edirik:
S. | Ad / Soyad | Klub |
1 | Rauf Əyyubov | Sabah FK |
2 | Elbrus Kərimov | Marcet FU (İspaniya) |
3 | Murad Qurbanov | Zirə FK |
4 | Amin Rzayev | Qarabağ FK |
5 | Həzrət Səmədov | Sabah PFK |
6 | Tunar Muradov | Turan Tovuz PFK |
7 | Tuncay Əhmədov | Marcet FU (İspaniya) |
8 | Fərid Cabbarlı | Zirə FK |
9 | Nadir Nəsibli | Marcet FU (İspaniya) |
10 | Muhamməd Çodarov | Marcet FU (İspaniya) |
11 | İbrahim Xəlilov | Sabah FK |