EN

Fermerlərə 52 min manat həcmində sığorta ödənişləri edilib

Finss.az -  Azərbaycanda müxtəlif hadisələr səbəbindən zərər dəymi təsərrüfatlar üzrə aqrar sığorta ödənişlərinin həcmi artmaqdadır.

Sığorta müqaviləsində nəzərdə tutulan risklər üzrə zərər çəkmiş təsərrüfat sahiblərinə növbəti sığorta ödənişlərinin verilməsi Göyçay və Kürdəmir rayonlarında həyata keçirilib.

Aqrar Sığorta Fondu tərəfindən bu rayonlarda meyvə bağları və taxıl sahələrinə dəymiş zərərlərə görə sığorta ödənişləri edilib.

Göyçay rayonunun Bığır kəndi ərazisindəki nar bağında tingləri şaxta vurması nəticəsində dəymiş zərərə görə Aqrar Sığorta Fondu tərəfindən təsərrüfata 23 957 min manat zərər ödənişi verilib.

Rayonun Çaxırlı kəndində isə fermer Vüsal Qasımova məxsus alça bağına fırtına nəticəsində dəyən zərər üzrə fermerə 1 680 manat sığorta ödənişi edilib.

Aqrar Sığorta Fondu Kürdəmir rayonunda da aqrar sığorta ödənişi həyata keçirib. Rayonun Cəyilli kəndində fermer Orxan Lazımbəyliyə məxsus buğda sahəsinə dolu nəticəsində böyük zərər dəyib. Hadisə Aqrar Sığorta Fondu tərəfindən araşdırılıb, fermerə dəymiş zərərə görə 25 840 manat sığorta ödənişi həyata keçirilib.

Aqrar Sığorta Fondu bir daha fermerləri öz təsərrüfatlarını, xüsusilə də böyük zəhmət tələb edən və hazırda mövsümü olan meyvə bağlarını dövlət dəstəyi ilə sərfəli şərtlərlə sığortalamağa çağırır.

Xatırladaq ki, bu halda sığorta haqqının 50%-ni fermerə dəstək üçün dövlət ödəyir.

Meyvə bağları, əkin sahələrini, iri və xırdabuynuzlu heyvanlarını sığortalamaq üçün Aqrar Sığorta Fondunun 1651 Çağrı Mərkəzinə və Fondun bölgələrdəki filiallarına müraciət etmək kifayətdir.

Məhsul şərtləri, təklif olunan sığorta zərfləri, təminat verilən risklər barədə ətraflı məlumatı www.asf.gov.az rəsmi vebsaytından almaq olar.

Fermerlər ödəyəcəkləri sığorta haqqını “Sığorta kalkulyatoru” vasitəsilə özləri də hesablaya bilərlər.

Zemfira Ms
Finss.az

Chosen
17
4
fins.az

7Sources