EN

"Mançester Siti" - "Real"a, "Yuventus" - PSV-yə qarşı

UEFA Çempionlar Liqasının pley-off mərhələsinə bu gün keçiriləcək 4 oyunla start veriləcək.

Milli.Az xəbər verir ki, Fransanın PSJ klubu səfərdə Liqa 1-in digər təmsilçisi "Brest"lə üz-üzə gələcək.

İngiltərənin "Mançester Siti" komandası evdə İspaniya "Real"ını, "Yuventus" (İtaliya) isə PSV-ni (Niderland) qəbul edəcək.

Almaniya təmsilçisi "Borussiya" (Dortmund) səfərdə "Sportinq"lə (Portuqaliya) üz-üzə gələcək.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, ilk oyunlar

11 fevral

21:45. "Brest" (Fransa) - PSJ (Fransa)

00:00. "Sportinq" (Portuqaliya) - "Borussiya" (Dortmund, Almaniya)

00:00. "Mançester Siti" (İngiltərə) - "Real" (İspaniya)

00:00. "Yuventus" (İtaliya) - PSV (Niderland)

Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin digər 4 oyunu sabah keçiriləcək.

Milli.Az

 
Chosen
8
6
milli.az

10Sources