İlon Maskın rəhbərlik etdiyi investorlar konsorsiumu OpenAI-a nəzarət edən qeyri-kommersiya təşkilatını 97,4 milyard dollara almaq təklifi ilə çıxış edib. Manset.az xəbər verir ki, bu barədə The Wall Street jurnalı məlumat yayıb. OpenAI-nin baş direktoru Sem Altman Maskın təklifinə sosial media hesabında cavab verib. "Xeyr, sağ olun, amma istəyirsinizsə, biz Twitter-i 9,74 milyard dollara almağa hazırıq." Bildirilib ki, Maskın təklifi Altmanın investisiyaları artırmaq və OpenAI-ni inkişaf etdirmək planlarını çətinləşdirə bilər. Hazırda şirkət 40 milyard dollardan çox kapital toplamaq üçün danışıqlar aparır və süni intellekt, infrastruktur yaratmaq üçün 500 milyard dollarlıq layihə həyata keçirməyi planlaşdırır.