Fələstinli qruplar bildiriblər ki, ABŞ prezidenti Donald Trampın Qəzzanı işğal etmək və satın almaq planı Fələstin xalqını öz torpaqlarından qoparmaq məqsədi daşıyan müharibə elanıdır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Fələstin İslami və Milli Qüvvələr Koalisiyasının Təqib Komitəsi fevralın 9-da Trampın Qəzza ilə bağlı açıqlamalarına yazılı bəyanat ilə cavab verib.
"Trampın son açıqlamaları ABŞ-nin xalqımıza qarşı sionizm ortaqlığının əsl simasını ortaya qoyur ki, bu da xalqımızın Qəzza zolağından çıxarılmasına yönəlmiş yeni müharibə elanı deməkdir. Bu bəyanatlar ABŞ-nin gələcək administrasiyasının niyyətləri ilə bağlı təhlükəli siqnal ehtiva edir və bu planların iflasa uğramasının qarşısını almaq üçün qətiyyətli beynəlxalq mövqe tələb olunur" , - bəyanatda deyilir.