Belarus həbsxanasında cəza çəkən ABŞ vətəndaşı azad edilib.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ-nin girov məsələləri üzrə xüsusi nümayəndəsi Adam Bouler jurnalistlərə bildirib
O, azad edilən amerikalının “anonim qalmağı seçdiyini” və adının çəkilməyəcəyini bildirib.
Ondan başqa Belarus daha iki vətəndaşını azad edib: “Azadlıq” radiosunun Belarus xidmətinin jurnalisti Andrey Kuzneçik və fəal Alena Movşuk. ABŞ-nin Litvadakı səfiri Kara Makdonaldın sözlərinə görə, onların hər üçü artıq Litvadadır.
Fevralın 11-də ABŞ-ın Moskvadakı səfirliyinin keçmiş əməkdaşı, əvvəllər narkotiklə bağlı ittihamlarla məhkum olunmuş Mark Vogel Rusiyada azadlığa buraxılıb. Kreml Fogelin Rusiya vətəndaşının ABŞ-də sərbəst buraxılması müqabilində azadlığa çıxdığını təsdiqləyib.