EN

Belə olmaz: ABŞ Putinlə Zelenskiyə şərt qoydu

ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq bildirib ki, Rusiya prezidenti Vladimir Putin Ukrayna lideri Vladimir Zelenski ilə birbaşa danışıqlar aparmalıdır.

Publika.az xəbər verir ki, Kelloq bu barədə Münhen Təhlükəsizlik Konfransı başlamazdan əvvəl deyib.

Moskvanın Vladimir Zelenskinin legitimliyini və imzalama səlahiyyətini itirməsi ilə bağlı iddialarına cavab verən Kelloq, "Belə olmaz” deyib.

"Onlar məcburdurlar. Və hər iki tərəf nədənsə imtina etməlidir", - Kelloq Rusiya və Ukrayna arasında danışıqların zəruriliyindən danışaraq əlavə edib.

Kelloq, həmçinin bir sıra Avropa liderlərinin Trampın Ukrayna və Avropadan yan keçərək Rusiya lideri ilə birbaşa danışıqlar aparmaq istədiyi barədə bəyanatlarını da rədd edib.

Chosen
199
14
publika.az

10Sources