“Ziraat Bank Azərbaycan” 2024-cü ildə ümumi gəlirlərini 65 723 000 manata yüksəldərək, əvvəlki illə müqayisədə 15 249 000 manat əlavə gəlir əldə edib. Bu, 30,2%-lik ümumi artıma səbəb olub. Qeyd edək ki bank 2023-cü ildə 50 474 000 manat gəlir əldə etmişdi.
“Ziraat Bank Azərbaycan”ın xalis mənfəəti kəskin artıb - BANK DAHA DA BÖYÜYÜB
Bankın əsas gəlir mənbəyi kredit faizləridir. Bu sahədən daxilolmalar 2023-cü illə müqayisədə 2024-cü il 30 016 000 manatdan 38 559 000 manata yüksəlib. Kredit faizlərinin ümumi gəlirdəki payı 59% səviyyəsində sabit qalıb, lakin məbləğ baxımından 8 543 000 manat və ya 28,5% artım müşahidə olunub.
Komissiya haqları da yüksəlib. 2023-cü ildə 6 493 000 manat gəlir gətirən bu sahə, 2024-cü ildə 7 920 000 manata çatıb. Bankın komissiya haqlarından qazancı 1 427 000 manat və ya 22% artıb, ümumi gəlirdə payı isə 13%-dən 12%-ə enib.
Valyuta əməliyyatları üzrə gəlirlərdə də artım var. Bank bu sahədə illik müqayisədə 4 628 000 manatdan 6 633 000 manata qədər yüksəliş nümayiş etdirib. Bu, 2 005 000 manat və ya 43,3%-lik artım deməkdir. Ümumi gəlirdə valyuta əməliyyatlarının payı isə 9%-dən 10%-ə yüksəlib.
Qiymətli kağzılardan faiz gəlirlərində ciddi dəyişiklik baş verib. Bank qiymətli kağızlar bazarına 2024-cü il daxil olub deyə bilərik və 571 000 manat – ümumi gəlirlərin 1%-i qədər pul qazanıb. 2023-cü ildə bu mənbədə pul ələ edilməyib.
Digər banklarda yerləşdirilmiş depozitlərdən əldə olunan gəlirlər artıb, lakin ümumi gəlirdə payı azalıb. 2023-cü ildə bu göstərici 8 339 000 manat təşkil edirdisə, 2024-cü ildə 8 660 000 manata çatıb. 321 000 manatlıq və ya 3,8%-lik artım baş versə də, ümumi gəlirdəki payı 17%-dən 13%-ə enib.
Digər banklara verilən kreditlərdən gəlir kəskin artıb. Bank 2023-cü ildə bu sahəədən 488 000 manat qazanmışdı, bir il sonra isə gəlir göstəricisi 2 429 000 manata yüksəlib. Başqa sözlə desək sözügedən gəlir mənbəsi üzrə daxil olmalar 1 941 000 manat və ya 397,7% artıb. Ümumi gəlirdə payı isə 1%-dən 4%-ə qalxıb.
Digər qeyri-faiz gəlirləri də əhəmiyyətli dərəcədə artıb. 2023-cü il 510 000 manat gəlir gətirən bu kateqoriya, 2024-cü ildə banka 951 000 manat qazandırıb. Bu, 86,5%-lik artıma bərabərdir, ümumi gəlirdə payı isə dəyişməyərək 1% səviyyəsində qalıb.
Gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir :
Min manat | ||
Gəlir mənbələri | Məbləğlər | Ümumi gəlir də payı |
Kredit portfeli üzrə faiz gəliri | 38 559 | 59% |
Komissiya haqları | 7 920 | 12% |
Valyuta əməliyyatlarından gəlirlər | 6 633 | 10% |
QK-a investisiyadan gəlir | 571 | 1% |
Digər banklara depozitlərdən gəlirlər | 8 660 | 13% |
Digər banklara kreditlərdən gəlirlər | 2 429 | 4% |
Digər faiz gəlirləri |
|
|
Digər qeyri-faiz gəlirləri | 951 | 1% |
|
| |
CƏMİ GƏLİRLƏR | 65 723 | 100% |