RU

«Ziraat Bank Azərbaycan» pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR

“Ziraat Bank Azərbaycan” 2024-cü ildə ümumi gəlirlərini 65 723 000 manata yüksəldərək, əvvəlki illə müqayisədə 15 249 000 manat əlavə gəlir əldə edib. Bu, 30,2%-lik ümumi artıma səbəb olub. Qeyd edək ki bank 2023-cü ildə 50 474 000 manat gəlir əldə etmişdi.

“Ziraat Bank Azərbaycan”ın xalis mənfəəti kəskin artıb - BANK DAHA DA BÖYÜYÜB

Bankın əsas gəlir mənbəyi kredit faizləridir. Bu sahədən daxilolmalar 2023-cü illə müqayisədə 2024-cü il 30 016 000 manatdan 38 559 000 manata yüksəlib. Kredit faizlərinin ümumi gəlirdəki payı 59% səviyyəsində sabit qalıb, lakin məbləğ baxımından 8 543 000 manat və ya 28,5% artım müşahidə olunub.

Komissiya haqları da yüksəlib. 2023-cü ildə 6 493 000 manat gəlir gətirən bu sahə, 2024-cü ildə 7 920 000 manata çatıb. Bankın komissiya haqlarından qazancı 1 427 000 manat və ya 22% artıb, ümumi gəlirdə payı isə 13%-dən 12%-ə enib.

Valyuta əməliyyatları üzrə gəlirlərdə də artım var. Bank bu sahədə illik müqayisədə 4 628 000 manatdan 6 633 000 manata qədər yüksəliş nümayiş etdirib. Bu, 2 005 000 manat və ya 43,3%-lik artım deməkdir. Ümumi gəlirdə valyuta əməliyyatlarının payı isə 9%-dən 10%-ə yüksəlib.

Qiymətli kağzılardan faiz gəlirlərində ciddi dəyişiklik baş verib. Bank qiymətli kağızlar bazarına 2024-cü il daxil olub deyə bilərik və 571 000 manat – ümumi gəlirlərin 1%-i qədər pul qazanıb. 2023-cü ildə bu mənbədə pul ələ edilməyib.

Digər banklarda yerləşdirilmiş depozitlərdən əldə olunan gəlirlər artıb, lakin ümumi gəlirdə payı azalıb. 2023-cü ildə bu göstərici 8 339 000 manat təşkil edirdisə, 2024-cü ildə 8 660 000 manata çatıb. 321 000 manatlıq və ya 3,8%-lik artım baş versə də, ümumi gəlirdəki payı 17%-dən 13%-ə enib.

Digər banklara verilən kreditlərdən gəlir kəskin artıb. Bank 2023-cü ildə bu sahəədən 488 000 manat qazanmışdı, bir il sonra isə gəlir göstəricisi 2 429 000 manata yüksəlib. Başqa sözlə desək sözügedən gəlir mənbəsi üzrə daxil olmalar 1 941 000 manat və ya 397,7% artıb.  Ümumi gəlirdə payı isə 1%-dən 4%-ə qalxıb.

Digər qeyri-faiz gəlirləri də əhəmiyyətli dərəcədə artıb. 2023-cü  il 510 000 manat gəlir gətirən bu kateqoriya, 2024-cü ildə banka 951 000 manat qazandırıb. Bu, 86,5%-lik artıma bərabərdir, ümumi gəlirdə payı isə dəyişməyərək 1% səviyyəsində qalıb.

Gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir :

Min manat

Gəlir mənbələri

Məbləğlər

Ümumi gəlir də payı

Kredit portfeli üzrə faiz gəliri

38 559

59%

Komissiya haqları

7 920

12%

Valyuta əməliyyatlarından gəlirlər

6 633

10%

QK-a investisiyadan gəlir

571

1%

Digər banklara depozitlərdən gəlirlər

8 660

13%

Digər banklara kreditlərdən gəlirlər

2 429

4%

Digər faiz gəlirləri

 

 

Digər qeyri-faiz gəlirləri

951

1%

 

 

 

CƏMİ GƏLİRLƏR

65 723

100%

Избранный
35
10
fed.az

10Источники