EN

Mil-Muğan regionunun “Örnək müəllim”ləri - ADLAR

AzEdu.az Təhsil Portalı ölkə üzrə aktiv və nümunəvi işi ilə fərqlənən müəllimləri geniş ictimaiyyətə daha yaxından tanıtmaq məqsədilə xüsusi layihə həyata keçirib.

 

Layihə çərçivəsində örnək müəllimlərin peşə davranışları və yenilikçi pedaqoji yanaşmaları haqqında informativ materiallar hazırlanaraq ictimaiyyətə, xüsusilə təhsil camiəsinə təqdim olunur.


Paralel olaraq bu məlumat Portalımızda hazırlanan bölmədə öz əksini tapır. “Örnək müəllimlər” bölməsində öz peşə fəaliyyəti zamanı tətbiq etdiyi modern tədris metodları, təhsilalanların intellektual inkişafında önəmli rol oynayan yenilikçi addımları ilə seçilən və müəllimlərin işə qəbulu, sertifikasiya imtahanlarından yüksək nəticə əldə etmiş müəllimlər yer alıb.

 

Fəaliyyət coğrafiyası Mil-Muğan regionunu əhatə edən həmin 10 müəllimin siyahısı: 

 

1.Gülnarə Məmmədova - Beyləqan rayon Fazil Miriyev adına Araz qəsəbə tam orta məktəbin ingilis dili müəllimi;

2.Zaur Qədirov - Beyləqan rayon Fazil Miriyev adına Şahsevən kənd 3nömrəli tam orta məktəbin tarix müəllimi;

3.Samirə Kərimli - İmişli rayon Otuziki kənd tam orta ümumtəhsil məktəbinin fizika müəllimi;

4.Qəndab Oruczadə - İmişli rayon Otuziki kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi;

5.Mətanət Ağazadə - İmişli rayon Otuziki kənd tam orta ümumtəhsil məktəbinin riyaziyyat müəllimi;

6.Günel Əhmədova - H.Z.Tağıyev adına Sabirabad şəhər 6 nömrəli tam orta məktəbin direktoru;

7.Gülmirə Mirzəyeva - N. Gəncəvi adına 5 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi;

8.Sevda Əliyeva - Sabirabad rayon A.Ağarəhimov adına Yenikənd kənd tam orta məktəbin Kimya müəllimi;

9.Günel Cəfərova - Sabirabad şəhər Nizami Gəncəvi adına 5 saylı tam orta məktəbin İbtidai sinif müəllimi;

10.Samir Məmmədov - Saatlı rayon Məzrəli kənd tam orta məktəbinin direktoru.

 

Chosen
2
3
azedu.az

9Sources