EN

Hakan Fidan ABŞ-nin yeni dövlət katibi ilə nələri danışıb?

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-nin dövlət katibi Marko Rubio ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, görüş Almaniyada keçirilən Münxen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutub.

Məlumata görə dövlət rəsiləri Yaxın şərqdəki vəziyyəti, Rusiya-Ukrayna müharibəsini müzakirə ediblər.

Tərəflər müharibənin sülh yolu ilə həllinin vacibliyini vurğulayıblar.

Qeyd edək ki, bu, M.Rubionun ABŞ dövlət katibi kimi H.Fidanla ilk görüşüdür.

"Cebheinfo.az"

Chosen
35
50
cebheinfo.az

10Sources