1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İngiltərə Premyer Liqasında 25-ci turun oyunları keçirilir.
Oxu.Az xəbər verir ki, bu mövsüm uğursuz çıxışı ilə yadda qalan iki komanda - "Tottenhem" və "Mançester Yunayted" arasındakı matçın taleyini bir qol həll edib.
Londonda baş tutan matçda meydan sahiblərindən yarımmüdafiəçi Ceyms Meddisonun 13-cü dəqiqədə vurduğu dəqiq zərbə oyunda yeganə qol olub - 1:0.
Bu qələbədən sonra "Tottenhem" turnir cədvəlinin 12-ci pilləsində yer alır. Komandanın aktivində 30 xalı var. "Qırmızı şeytanlar" isə 1 xal az toplayaraq 15-ci yerdə qərarlaşıblar. Yarışa 60 xalla "Liverpul" başçılıq edir.