ABŞ Rusiya və Ukrayna ilə ayrı-ayrılıqda ikitərəfli görüşlər keçirməyi və daha sonra hər iki tərəflə birgə danışıqlar aparmağı planlaşdırır. Bu barədə NBC telekanalı məlumat yayıb.
İki ABŞ rəsmisi bildirib ki, görüş Rusiya, daha sonra Ukrayna ilə başlayacaq, bundan sonra birgə məsələlər müzakirə olunacaq.
ABŞ və Rusiyanın yüksək vəzifəli rəsmiləri bu həftə Səudiyyə Ərəbistanında görüşəcək. Əvvəlcə fevralın 18-də Ər-Riyadda Rusiya nümayəndə heyətinin iştirakı ilə Ukrayna üzrə danışıqlar aparılmalıdır.
Fevralın 16-da ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə Səudiyyə Ərəbistanında “çox yaxında” görüşə biləcəyini bildirib.
Fevralın 12-də Putin və Tramp arasında təxminən 1,5 saat davam edən telefon danışığı olub. Əsas müzakirə mövzularından biri Ukrayna münaqişəsinin həlli olub. Hər iki dövlət başçısı döyüşlərin dayandırılması ilə bağlı razılığa gəliblər və dərhal danışıqlara başlamağa razılaşıblar.
Əziz Mustafa, Oxuməni.az