EN

Böyük Britaniya Ukraynaya qoşun göndərməyə hazırdır

Britaniyanın baş naziri Keir Starmer “Telegraph” qəzetinə yazdığı məqalədə bildirib ki, ölkə lazım gələrsə, təhlükəsizlik zəmanətlərini təmin etmək üçün Ukraynaya öz qoşunlarını göndərməyə hazırdır.

O, Britaniya qoşunlarının təhlükəsizliyi ilə bağlı məsuliyyəti dərk etdiyini, lakin Ukraynaya yardımın Avropanın və Britaniyanın özünün təhlükəsizliyini təmin edəcəyinə inandığını qeyd edib.

“Böyük Britaniya Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzərində işin sürətləndirilməsində aparıcı rol oynamağa hazırdır. Bu, həm də lazım gələrsə, qoşunlarımızı ölkə ərazisinə daxil etməklə Ukraynanın təhlükəsizlik zəmanətlərinin təmin edilməsinə töhfə verməyə hazır olmaq və istəyi deməkdir”, – o yazıb.
Starmer əlavə edib ki, yaxın günlərdə ABŞ prezidenti Donald Trampla görüşəcək. Bu görüşdə o, ABŞ-ın Ukrayna üçün təhlükəsizlik zəmanətlərini müzakirə etməyi planlaşdırır. Məqalədə o qeyd edir ki, Tramp Avropanın təhlükəsizlik xərclərini artırmalı və NATO-da daha böyük rol almalı olduğunu söylədikdə haqlıdır. Keir Starmer əlavə edib: “Biz öz müdafiəmizə ciddi yanaşdığımızı göstərməliyik”.

//Samir Qurbanov, Editor.az

Chosen
53
14
editor.az

10Sources