EN

Azərbaycan neftinin qiyməti 79 dollara yaxınlaşır

İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,49 ABŞ dolları və ya 0,62% artaraq 78,89 dollar/barel təşkil edib.

Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,49 dollar və ya 0,63% bahalaşaraq 77,51 dollar təşkil edib.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,39 dollar və ya 0,63% artaraq 61,74 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 0,44 dollar və ya 0,57% artaraq 76,98 dollar/barel təşkil edib.

Fevralın 21-nə olan rəsmi məzənnə 1,7 AZN/1USD təşkil edir.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Chosen
18
42
kommersant.az

10Sources