Goranboyda piyada yol qəzasında ölüb.
"Unikal"ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Borsunlu kəndindən keçən hissəsində baş verib. Hərəkətdə olan "Mercedes" markalı təcili tibbi yardım avtomobili yolu keçmək istəyən 2004-cü il təvəllüdlü C.Orucovu vurub.
Gənc piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov