EN

Şiri Bibasın cəsədi İsrailə təhvil verildi

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) HƏMAS silahlıları tərəfindən qaçırılan girov Şiri Bibasın ehtimal edilən cəsədini İsrailə təhvil verib.

Publika.az xəbər verir ki, bu barədə “Times of Israel” qəzeti yazır.

HƏMAS qalıqların oğurlanmış Şiri Bibasa aid olduğunu təsdiqləyir. Onlar şəxsiyyətlərinin müəyyən edilməsi üçün Təl-Əvivdəki məhkəmə-tibb mərkəzinə göndəriliblər.

İsrail Müdafiə Qüvvələri hələlik vəziyyəti şərh etməyib.

Chosen
10
5
publika.az

6Sources