İran ordusu ölkənin cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətinin Çabahar körfəzi bölgəsində “Zülfiqar 1403” təlimləri çərçivəsində amfibiya desant əməliyyatı həyata keçirib.
Axar.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
“Bu gün, “Zülfiqar 1403” təlimlərinin əsas mərhələsinin başlanmasının ikinci günündə Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı qüvvələri “Türbə” desant gəmisi və İran ordusunun müdafiə bölməsinin dəstəyi ilə Konarak şəhəri ərazisində qoşunların quruya çıxarılması əməliyyatı keçirib”, - məlumatda bildirilib.
Əməliyyat zamanı BMP-2 və İranın “Kərrar” tankları sahilə endirilib.