EN

"Qalatasaray" Mourinyodan şikayət edəcək: Bu sözünə görə

"Qalatasaray"ın mətbuat xidməti "Fənərbağça" ilə matçdan sonra (0:0) fikirlərinə görə rəqib komandanın baş məşqçisi Joze Mourinyonu tənqid edib.

Publika.az xəbər verir ki, buna səbəb onun oyundan sonra matçın epizodlarından birini şərh edərkən "Qalatasaray" üzvlərinin ünvanına “meymunlar kimi tullanırlar” deməsi olub. "Sarı-qırmızılar"ın mətbuat xidməti portuqaliyalı mütəxəssisdən aidiyyəti qurumlara şikayət ediləcəyini bilidirib:

“Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo Türkiyədə fəaliyyətə başladığı gündən türk xalqı haqqında daim aşağılayıcı açıqlamalar verib. Onun açıqlamaları əxlaqsız şərhlərdən sadəcə qeyri-insani ritorikaya çevrilib. Joze Mourinyonun irqçi bəyanatları ilə bağlı cinayət işi başlamaq, həmçinin UEFA və FİFA-ya rəsmi şikayətlər göndərmək niyyətimizi rəsmən bəyan edirik”.

Qeyd eədk ki, “Qalatasaray” 64 xalla Türkiyə çempionatının turnir cədvəlində birinci yerdədir. 58 xalı olan “Fənərbağça” isə ikinci pillədə qərarlaşıb.

Chosen
9
25
publika.az

10Sources