Rusiya və Amerika nümayəndə heyətləri çərşənbə axşamı, fevralın 25-də Ər-Riyadda ikinci görüş keçirəcək.
Publika.az xəbər verir ki, bu barədə “Die Zeit” diplomatik mənbələrə istinadən yazıb.
Nəşr görüşdə kimin iştirak edəcəyini dəqiqləşdirməyib, sadəcə qeyd edib ki, bu, fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtında baş tutan danışıqların davamı olacaq. Həmin vaxt Rusiya nümayəndə heyətinə Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Amerika nümayəndə heyətinə isə ABŞ dövlət katibi Marko Rubio başçılıq edirdi. Bu səviyyəli görüş Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri ilk görüş idi. Aİ və Ukrayna nümayəndələri danışıqlarda iştirak etməyiblər.