EN

''Qalatasaray''da oynamış sabiq əfsanə Mourinyonun tərəfini tutdu

Qolsuz başa çatan ''Qalatasaray'' - ''Fənərbaxça'' derbisinin ardından Joze Mourinyonun işlətdiyi ifadə hətta oyunun da önünə keçdi.

''Football-plus.az'' xəbər verir ki, ''Fənər''in ünlü portuqaliyalı baş məşqçisinin rəqibin ehtiyat zonasındakıları nəzərdə tutaraq işlətdiyi ''həmin epizoddan sonra onlar meymun kimi tullanırdılar'' ifadəsi gündəm olmaqda davam edir.

''Qalatasaray'' TFF-yə şikayət edəcəyini, eləcə də məsələni FİFA və UEFA-ya daşıyacağını açıqlayıb. ''Fənər'' cəbhəsi isə bunun irqçiliklə əlaqəsinin olmadığını və Mourinyonun sadəcə rəqibin ehtiyat zonasında yer alanların hakimin qərarına emosional şəkildə reaksiyasını göstərmək üçün bu cür ifadə işlətdiyini bildirib. Elə hüquqçular da bunun irqçiliklə bir əlaqəsinin olmadığını vurğulayırlar. Bu arada bu müzakirələrə dünya futbolunun əfsanəsi Didye Droqba da qoşulub. Ötənlərin məşhur siması bilindiyi bir dönəm ''Qalatasaray''da da forma geyib. Amma o, ''Çelsi''də Joze Mourinyonun başçılığı altında da uzun illər oynayıb və bir çox titullar qazanıb. 46 yaşlı Droqba sosial şəbəkədəki səhifəsində paylaşım edərək bunları yazıb:

''Sarı-qırmızı formanı geyməkdən nə qədər qürur duyduğumu və Türkiyənin ən köklü klubuna olan sevgimi hər kəs bilir. Eləcə də bu iki klub arasında rəqabətin necə coşqulu və hərarətli olduğunu bilirik. Mən də bu təcrübəni yaşadığım üçün şanslıyam. Mourinyo haqda yazılan son şərhləri gördüm. Onu 20 ildi, tanıyıram. Mənə güvənin. İrqçi deyil və tarix də bunu göstərir! ''Atam'' necə irqçi ola bilər? İrəli uşaqlar, öz oyunlarımıza köklənək, möhtəşəm aslanlarımızı dəstəkləyək və 5-ci ulduzu qazanaq''.

ƏLİ
Chosen
134
25
football-plus.az

10Sources