EN

Azərbaycanda banklara xarici valyutada ən az və ən çox əmanət yerləşdirən regionlar - SİYAHI

Bu ilin fevralın 1-nə Azərbaycanda regionlar üzrə xarici valyutada cəlb olunmuş əmanətlər 4,9 milyard manat təşkil edib.

FED.az barədə  Mərkəzi Banka istinadən xəbər verir.

Əmanətər üzrə orta faiz dərəcəsi 1,82% olub. Bunun da orta faiz dərəcəsi 0,02% olmaqla 1,9 milyard manatı tələbli, orta faiz dərəcəsi 2,93% olmaqla 3 milyard manatı isə müddətli əmanətlərin payına düşüb.

Məlumata əsasən, ölkə üzrə xarici valyutada cəlb olunmuş əmanətlərin ən çoxu - 4,7 milyard manatı Bakı iqtisadi rayonunun payına düşüb ki, əmanətlər üzrə orta faiz dərəcəsi 1,79%-ə bərabər olub.

Dövr ərzində regionlar arasında bankda manatla əmanəti olanların siyahısında Abşeron-Xızı iqtisadi rayonu ikincidir. Burada yaşayan əhalinin banklarda 1,69% dərəcə ilə 91,7 milyon manat pulu var. 

Siyahıda üçüncü yerdə isə 25,9 milyon manat əmanət cəlbi ilə Gəncə-Daşkəsən iqtisadi rayonu qərarlaşıb. Burada orta faiz dərəcəsi 2,10% təşkil edib.

Ən az əmanət (16 min manat) isə Şərqi Zəngəzur iqtisadi rayonunun payına düşüb. İqtisadi rayon üzrə əmanətlərin orta faiz dərəcəsi 3,43% olub. Bu da digər iqtsadi rayonlar içində ən yüksək göstəricidir.

Daha ətraflı aşağıdakı cədəvldə:

image

Chosen
61
21
fed.az

10Sources