“Belə havada oynamaq bir az çətindir”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Neftçi”nin hücumçusu Ağadadaş Salyanski deyib.
O, Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Kəpəz”ə 1:0 hesabı ilə qalib gəldikləri cavab maçtından danışıb:
“Meydança buz bağladığı üçün yaxşı oyun göstərmək o qədər də alınmır. İstədiyimiz hücumları qura bilmirdik.
Buna baxmayaraq, sona qədər mübarizə apardıq. Şükür ki, qələbə qazanaraq, mərhələ adladıq”.