EN

Tramp Ukraynaya hərbi yardımı dayandırdı

ABŞ prezidenti Donald Tramp Ukrayna rəhbərliyi “sülhə sadiqliyini” nümayiş etdirənə qədər Rusiyaya qarşı müdafiə müharibəsində Ukraynaya hərbi yardımın dondurulmasını əmr edib.

Herbiand.az beynəlxalq xəbər agentliklərinə istinadən xəbər verir ki, adının açıqlanmasını istəməyən Ağ Ev rəsmisi deyib: "Prezident sülhə sadiq olduğunu açıq şəkildə bildirdi. Biz tərəfdaşlarımızın da bu məqsədə sadiq qalmasına ehtiyac duyuruq. Biz yardımımızı dayandırırıq və hesab edirk ki, bu, problemin həllinə kömək edir".

Trampın özü hələlik bu qərarı şərh etməyib, Ağ Evdən də rəsmi məlumat daxil olmayıb. Fox News ABŞ prezident administrasiyasının nümayəndəsinə istinadən "Bu, yardımın birdəfəlik dayandırılması deyil, fasilədir" deyə aydınlaşdırıb. Bu qərarı verməzdən əvvəl Tramp dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Heqsetlə məsləhətləşmələr üçün görüşüb.

Bloomberg-in məlumatına görə, qərar hələ Ukraynaya çatdırılmamış bütün Amerika hərbi texnikasına, o cümlədən Polşa ərazisindən tranzitdə olan və ya tranziti gözləyən silahlara təsir edəcək.

Chosen
70
39
herbiand.az

10Sources