EN

Ukrayna Azərbaycandan qeyri-neft məhsulları alışını 3 dəfədən çox artırıb

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycandan Ukraynaya 21,8 milyon ABŞdolları dəyərində qeyri-neft məhsulları ixrac edilib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü iləmüqayisədə 15,5 milyon ABŞ dolları və ya 3,4 dəfə çoxdur.

Dövr ərzində Ukraynaya qeyri-neft məhsullarının ixracıAzərbaycanın ümumi ixracının 8,88%-ni təşkil edib.

Bununla da Ukrayna Azərbaycanın ən çox qeyri-neft məhsullarıixrac etdiyi ölkələr sırasında 5-ci pillədə qərarlaşıb.

Eyni zamanda, cari ilin yanvarında Azərbaycanla Ukrayna arasındaticarət əməliyyatlarının həcmi 44,4 milyon ABŞ dolları olub.Məlumata görə, bu, 2024-cü ilin eyni dövründəki göstərici iləmüqayisədə 9,8 milyon ABŞ dolları və ya 28,2% çoxdur.

Hesabat ayında Azərbaycandan Ukraynaya 22,8 milyon ABŞ dollarıdəyərində məhsul ixrac edilib ki, bu da 2024-cü ilin yanvarayındakı göstəriciyə nisbətən 15,9 milyon ABŞ dolları və ya 3,3dəfə çoxdur.

Bu ilin yanvarında Azərbaycana Ukraynadan məhsul idxalı illikmüqayisədə 6,1 milyon ABŞ dolları və ya 22% azalaraq 21,7 milyonABŞ dollarına çatıb.

Qeyd edək ki, cari ilin yanvar ayında Azərbaycanın xariciticarət dövriyyəsinin həcmi 5,9 milyard ABŞ dolları təşkiledib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə2,1 milyard ABŞ dolları və ya 70,5% çoxdur.

Ötən ay ticarət dövriyyəsinin 3,4 milyard dolları ixracın, 2,5milyard dolları isə idxalın payın düşüb ki, bunlar da, illikmüqayisədə müvafiq olaraq 1,2 milyard dollar və ya 64,8% və 910milyon dollar və ya 79,7% çoxdur.

Hesabat dövründə xarici ticarətdə 986 milyon dollarlıq müsbətsaldo yaranıb ki, bu da, illik müqayisədə 285 milyon dollar və ya40,7% çoxdur.

Chosen
44
4
az.trend.az

10Sources