Sumqayıtda 59 yaşlı qadın qonşu qadın tərəfindən bıçaqlanıb.
Hadisə şəhərin “Betonzavod” adlanan ərazisində qeydə alınıb.
1990-cı il təvəllüdlü Çinarə İsmayıl qızı Nəbiyeva aralarında baş vermiş münaqişə zəminində qonşusu, 1966-cı il təvəllüdlü Xırda Zərbala qızı Məmmədovaya bıçaqla xəsarət yetirib.
Yaralı dərhal xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır./APA