EN

Qrenlandiyanın baş naziri: "ABŞ-li olmaq istəmirik, adanın sakinləri satılmır"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"ABŞ Prezidenti Donald Tramp anlamalıdır ki, qrenlandiyalılar ABŞ-li olmaq istəmirlər".
Oxu.Az-ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu sözləri Qrenlandiyanın Baş naziri Mute Eqede sosial şəbəkə hesabında yazıb.
"Qrenlandiya bizimdir. Biz nə ABŞ-li, nə də danimarkalı olmaq istəyirik. Biz qrenlandiyalıyıq", - deyə o bildirib.
Eqede qeyd edib ki, adanın sakinləri satılmır, Tramp və ABŞ-lilər da bunu başa düşməlidirlər.
"Gələcəyimiz Qrenlandiyada bizim öz tərəfimizdən həll edilir", - deyə baş nazir qeyd edib.
Xatırladaq ki, Donald Tramp martın 4-də Konqresdə çıxışı zamanı ABŞ-nin Qrenlandiyanı əldə etmək imkanını nəzərdən keçirməyə davam etdiyini deyib.
Chosen
95
50
oxu.az

10Sources