EN

Sumqayıtda tikilidə yanğın başladı

Sumqayıtda tikilidə yanğın başlayıb.

"Report"un xəbərinə görə, hadisə 2 nömrəli Şəhər Xəstəxanasının yaxınlığındakı tikilidə qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri və texnikası cəlb olunub.

FHN-dən "Report"a fakt təsdiqlənib.

Bildirilib ki, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.


Chosen
101
9
news24.az

10Sources