EN

Zelenski sülh danışıqları üçün Səudiyyə Ərəbistanına gedəcək

Ukrayna prezidenti Volodimir Zelenski martın 10-da Səudiyyə Ərəbistanına səfər edəcək. 

"Unikal" xəbər verir ki, bu barədə o, özünün X səhifəsində yazıb. 

Donald Tramp və Zelenski arasında Ağ Evdə keçirilən ictimai debatdan sonra, Kiyev və ABŞ arasında ilk rəsmi görüş martın 11-də Səudiyyə Ərəbistanında baş tutacaq. 

"Gələn həftəyə Səudiyyə Ərəbistanına səfərlə başlayacağam. Ukrayna bu müharibənin ən qısa zamanda ədalətli və davamlı sülhlə bitməsini görmək əzmindədir. Biz öz tərəfimizdən konstruktiv dialoqa tam sadiqik və lazımi qərar və addımları müzakirə edib razılaşdırmağa ümid edirik. Ukrayna bu müharibənin ilk saniyəsindən sülh axtarır. Məsələ üzərində real təkliflər var", - deyə o qeyd edib. 

Zelenskinin sözlərinə görə, Ukrayna nümayəndə heyətinə prezident administrasiyasının rəhbəri Andrey Yermak, onun müavini Pavlo Palisa, xarici işlər naziri Andriy Sibiha və müdafiə naziri Rustem Umerov daxildir.

Ağarza Elçinoğlu

Chosen
39
50
unikal.az

10Sources