1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Ukrayna Prezidenti Volodimir Zelenski Səudiyyə Ərəbistanına səfər edib.
Oxu.Az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Orada onun Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşü nəzərdə tutulub.
Onun vəliəhdlə görüşündən sonra Ukrayna nümayəndələri ABŞ ilə danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanında qalacaqlar. V.Zelenski ABŞ nümayəndələri ilə görüşdə iştirak etməyəcək.
Qeyd edək ki, Ukrayna nümayəndə heyətinə Andrey Yermak, Andrey Sibiqa, Rustem Umerov və Pavel Palisa daxil olacaqlar.