EN

ABŞ və Ukrayna danışıqları başa çatıb - Kiyev 30 günlük atəşkəsə "hə" deyib

ABŞ

Bu gün ABŞ və Ukrayna nümayəndə heyətləri arasında Səudiyyə Ərəbistanında baş tutan görüş müsbət atmosferdə başa çatıb.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio məlumat verib.

Onun sözlərinə görə, Ciddə şəhərində ABŞ və Ukrayna nümayəndə heyətləri arasında keçirilən danışıqlardan sonra Kiyev ABŞ-ın təklif etdiyi 30 günlük müvəqqəti və dərhal atəşkəsə "hə" deyib: "Ukrayna 30 günlük atəşkəs təklifini qəbul edib. Bu məsələni biz Rusiya tərəfinə çatdıracağıq. Top artıq onların meydanındadır".

Dövlət katibi atəşkəslə yanaşı, Kiyevin Moskva ilə danışıqlara başlamağa hazır olduğunu da deyib: "Ukrayna münaqişəyə birdəfəlik son qoymaq üçün danışıqlara başlamağa razılaşıb. Bunun əvəzində ABŞ Kiyevə kəşfiyyat məlumatlarının mübadiləsinə qoyulan məhdudiyyətləri dərhal aradan qaldıracaq və Ukraynaya silah yardımını bərpa edəcək"(Mia.az).

Chosen
28
50
reyting.az

10Sources