EN

Azərbaycanda ən baha kredit verən - 5 İQTİSADİ RAYON

2025-ci il fevral ayının 1-nə banklar tərəfindən Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları təxminən 27,5 milyard manat təşkil edib.

FED.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Ölkə üzrə ümumilikdə orta faiz dərəcəsi 13,36%-ə bərabər olub.

Bunun da  21 milyard manatı Bakı iqtisadi rayonunun payına düşüb.

Bakıdan sonra ən çox kredit 1 milyard 100,5 milyon manat olmaqla Abşeron-Xızı iqtisadi rayonunun payına düşüb.

Gəncə-Daşkəsən iqtisadi rayonunda isə bu göstərici 821,1 milyon manat təşkil edib. 

Lənkəran-Astara iqtisadi rayonunda kreditlərin həcmi 652,4 milyon manata bərabər olub.

Ən az kredit isə 9,8 milyon manatdan bir qədər yüksək olmaqla Şərqi-Zəngəzur iqtisadi rayonunun payına düşüb.

Məlumata görə orta faiz dərəcəsi ən yüksək olan iqtisadi rayonlar Dağlıq-Şirvan (19,36%), Qarabağ iqtisadi rayonu (19,16%), Lənkəran-Astara (19,08%) və  Mil-Muğan (19,01%) iqtisadi rayonları olub.

Ən aşağı orta-faiz dərəcəsi isə Bakı iqtisadi rayonunda (12,04%) qeydə alınıb. Bakıdan sonra ən ucuz kreditlər 14,65% olmaqla Naxçıvan iqtisadi rayonunda olub.

Chosen
1
1
fed.az

10Sources