EN

Millimizin 2 boksçusu Debretsendə beynəlxalq turnirə qələbə ilə başlayıb - FOTO

Macarıstanın Debretsen şəhərində boks üzrə beynəlxalq turnir davam edir.

İdman.biz xəbər verir ki, Azərbaycan millisinin 2 idmançı yarışa qələbə ilə başlayıb.

60 kq-da mübarizə aparan Məhəmmədəli Qasımzadə 1/4 final çərçivəsində Lukas Vimislski (Slovakiya) ilə üz-üzə gəlib. Görüş boksçumuzun 5:0 (30:25, 30:26, 30:26, 30:25, 30:25) hesablı qələbəsi ilə başa çatıb. Yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı təmin edən Qasımzadə bu mərhələdə Aksel Eqartla (Uels) döyüşəcək.

Əli Abdullayev (65 kq) isə 1/8 finalda Qabor Skubikslə (Macarıstan) qarşılaşıb. O, görüşün taleyini ilk raundda həll edib. Tam üstünlüklə qalib gələn Abdullayev ikinci döyüşündə Qerq Şarazı (Macarıstan) sınağa çəkəcək.

Qeyd edək ki, turnirə martın 15-də yekun vurulacaq.

İdman.biz

Chosen
4
5
idman.biz

8Sources