EN

Şirin pambıqdan zəhərlənən məktəblilərin son durumu - YENİLƏNİB

14.03.2025-ci il tarixində saat 11:20 radələrində 2016-cı il təvəllüdlü 2 azyaşlı (1-i qadın, 1-i kişi cinsli olmaqla) zəhərlənmə şübhəsi ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. 

Bu barədə TƏBİB-dən bildirilib.

Onlara dəqiqləşdirilməmiş dispepsiya diaqnozu təyin edilib. 

Pasiyentlərə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

***

13:02

Goranboyda məktəblilər şirin pambıqdan zəhərlənib.

Modern.az xəbər verir ki, rayonun Səfikürd kəndinin sakinləri - Səfikürd kənd tam orta məktəbin üçüncü sinif şagirdləri, 2016-ci il təvəllüdlü Nənəxanım Fəxri qızı Kərimova və 2016-cı il təvəllüdlü Sürəddin Elməddin oğlu Əliyev şirin pambıq yeyiblər.

Onların bir müddət sonra halı pisləşib və zəhərlənmə şübhəsi isə Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliiblər, vəziyyətləri normaldır.

Faktla bağlı araşdırma aparılır

"Cebheinfo.az" 

Chosen
21
3
cebheinfo.az

10Sources