14.03.2025-ci il tarixində saat 11:20 radələrində 2016-cı il təvəllüdlü 2 azyaşlı (1-i qadın, 1-i kişi cinsli olmaqla) zəhərlənmə şübhəsi ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə TƏBİB-dən bildirilib.
Onlara dəqiqləşdirilməmiş dispepsiya diaqnozu təyin edilib.
Pasiyentlərə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.
***
13:02
Goranboyda məktəblilər şirin pambıqdan zəhərlənib.
Modern.az xəbər verir ki, rayonun Səfikürd kəndinin sakinləri - Səfikürd kənd tam orta məktəbin üçüncü sinif şagirdləri, 2016-ci il təvəllüdlü Nənəxanım Fəxri qızı Kərimova və 2016-cı il təvəllüdlü Sürəddin Elməddin oğlu Əliyev şirin pambıq yeyiblər.
Onların bir müddət sonra halı pisləşib və zəhərlənmə şübhəsi isə Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliiblər, vəziyyətləri normaldır.
Faktla bağlı araşdırma aparılır
"Cebheinfo.az"