Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışında olan Azərbaycan U-17 millisi ikinci yoxlama görüşünü keçirib.
Sportinfo.az xəbər verir ki, Aqil Nəbiyevin baş məşqçisi olduğu U-17 Belarusun müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb.
Oyun meydan sahiblərinin 3:0 hesablı qalibiyyəti ilə yekunlaşıb.
Komandalar arasında martın 23-də keçirilən ilk yoxlama matçında da Belarus seçməsi 3:0 hesablı qələbə qazanıb.
Dünən əsas milli komandalar arasında keçirilən yoxlama matçında da Azərbaycan millisi Belarusa uduzub (0:2).