Azərbaycanın müstəqillik dövründə qüdrəti artdıqca fransız siyasətçilər bundan hiddətlənirdi.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Tural Gəncəliyev "Fransa və Ermənistan-Azərbaycan münaqişəsi" mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.
Onun sözlərinə görə, 2017-ci ildən etibarən Emmanuel Makron Azərbaycana qarşı açıq siyasət apararaq, münasibətlərin gərginləşməsinə səbəb olub.
"Fransanın Ermənistan-Azərbaycan münaqişəsindəki rolunu bir neçə perioda ayıra bilərik. Birinci period SSRİ-nin süqutu dövrünə təsadüf edir. Bu dövrdə Fransa neytral mövqeyini qoruyub saxlamağa çalışırdı. Lakin Azərbaycanın qüdrəti artdıqca, vəziyyət də dəyişməyə başladı. Bu, fransız siyasətçilərdə hiddət yaratmağa başladı. 2003-cü ildən sonra bu özünü açıq şəkildə göstərməyə başladı",- deputat qeyd edib