Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024-2025-ci illər mövsümünün 21-ci turunun növbəti oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, ikinci oyun günündə də iki qarşılaşma baş tutacaq.
Əvvəlcə “Turan Tovuz” doğma meydanda “Səbail”i sınağa çəkəcək. Son oyunlarını qələbə ilə başa vurmuş komandalar bu uğurlarının davamını gətirməyə çalışacaqlar. Amma sonuncu pillədə qərarlaşmış “Səbail”in daha iddialı Tovuz təmsilçisindən səfərdə xal alması o qədər də inandırıcı görünmür. Bu oyun qonaqların baş məşqçisi Cavid Hüseynov üçün xüsusi önəm daşıyır. Çünki o, paytaxt klubuna məhz Tovuz təmsilçisindən ayrılaraq baş məşqçi təyin olunub.
“Turan Tovuz”la “Səbail” indiyə qədər çempionatda 10 oyunda üz-üzə gəliblər. 5 oyun sülhlə yekunlaşdığı halda Tovuz təmsilçisi 3, paytaxt klubu 2 qələbəni bayram ediblər. “Turan Tovuz” bu rəqibinə bütün oyunlarda qol vurub. “Səbail” son 4 matçda qələbə qazanmayıb.
Günün digər oyunu “Sumqayıt”la “Araz-Naxçıvan” arasında keçiriləcək. Dörd oyundur qələbəyə həsrət olan Vaqif Cavadovun komandası uğursuz gedişata ev oyununda son qoymağa çalışacaq. Amma rəqib də cari mövsümün ən uğurlu komandalarından biri “Araz-Naxçıvan”dır.
Bu, “Sumqayıt”la “Araz-Naxçıvan”ın 7-ci çempionat qarşılaşması olacaq. Əvvəlki 6 oyunda 2 heç-heçə qeydə alınıb, həmçinin hər iki komanda 2 qələbəyə sevinib. Son 3 qarşılaşmanın taleyini bir qol həll edib. “Sumqayıt”ın ev oyunlarında qol vuran komanda qalib gəlib.
Bu gün meydana çıxacaq komandalardan “Araz-Naxçıvan” 42 xalla ikinci, “Turan Tovuz” 35 xalla dördüncü, “Sumqayıt” 21 xalla altıncı, “Şamaxı” 17 xalla səkkizincidir.
Premyer Liqa
21-ci tur
31 yanvar
“Kəpəz” – “Sabah” 3:2
Qollar: Mahamadu Ba, 11. Əli Səmədov, 54. Rauf Hüseynli, 64-pen – Pavol Şafranko, 6. Jesse Sekidika, 45+4.
Hakimlər: Fərid Hacıyev, Zöhrab Abbasov, Asiman Əzizli, Əli Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Namik Hüseynov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Tovuz şəhər stadionu. Saat 16:00.
“Neftçi” – “Şamaxı” 1:0
Qol: Emin Mahmudov, 45+4-pen.
Hakimlər: Rəşad Əhmədov, Akif Əmirəli, Rahil Ramazanov, Kamranbəy Rəhimov.
VAR: Elçin Məsiyev.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Bakı. “Neftçi Arena”. Saat 18:30.
1 fevral
“Turan Tovuz” – “Səbail”
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Elvin Bayramov.
VAR: Rauf Allahverdiyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Tovuz şəhər stadionu. Saat 16:00.
“Sumqayıt” – “Araz-Naxçıvan”
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Kamran Əliyev.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. Saat 18:30.
2 fevral
“Zirə” – “Qarabağ”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Elçin Məsiyev.
VAR: Rauf Cabbarov.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Zirə İdman Kompleksi. Saat 19:00.