AZ

Azərbaycan çempionatında yarımfinalçılar nə vaxt bilinəcək?

Minifutbol üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsinin cavab oyunlarının vaxtı açıqlanıb.

İdman.biz xəbər verir ki, qarşılaşmalar fevralın 5-də baş tutacaq.

İlk yarımfinalçı “Star Bakı” - “Zirə” matçında müəyyənləşəcək. Ardınca “Qalaksi” və “Sumqayıt” meydana çıxacaq.

Günün üçüncü qarşılaşmasında “Göyçə” ilə “Aznur” qarşılaşacaq. Mərhələyə “Laçın” - “Birbaşa Bakı” oyunu ilə yekun vurulacaq.

Azərbaycan çempionatı
1/4 final, cavab oyunları
5 fevral

19:15. “Star Bakı” - “Zirə”
20:30. “Qalaksi” - “Sumqayıt”
21:45. “Göyçə” - “Aznur”
23:00. “Laçın” - “Birbaşa Bakı”

Qeyd edək ki, görüşlər Bakı Tennis Akademiyasında keçiriləcək.

İdman.biz

Seçilən
47
1
idman.biz

10Mənbələr