AZ

Azərbaycan Premyer Liqasında 21-ci tur başlayır

Bu gün Azərbaycan Premyer Liqasında 21-ci tura start veriləcək.

Publika.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutacaq. “Kəpəz” Tovuzda “Sabah”ı qəbul edəcək. Günün digər oyunu isə “Neftçi” ilə “Şamaxı” arasında keçiriləcək.

Şənbə günü “Turan Tovuz” – “Səbail” və “Sumqayıt” – “Araz-Naxçıvan” matçları keçiriləcək. Tura bazar günü - “Zirə” – “Qarabağ” qarşılaşması ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası, 21-ci tur
31 yanvar

16:00 Kəpəz – Sabah
Hakimlər: Fərid Hacıyev, Zöhrab Abbasov, Asiman Əzizli, Əli Əliyev
Tovuz şəhər stadionu.

18:30 Neftçi – Şamaxı
Hakimlər: Rəşad Əhmədov, Akif Əmirəli, Rahil Ramazanov, Kamranbəy Rəhimov
“Neftçi Arena”.

1 fevral
16:00 Turan Tovuz – Səbail
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Elvin Bayramov
Tovuz şəhər stadionu.

Seçilən
19
50
publika.az

10Mənbələr