RU

Məktəb binasında yanğın olub

Sabirabad rayonu Məmməd Tağıyev adına Kovlar kənd tam orta ümumtəhsil məktəbin binasında yanğın baş verib.

AzEdu.az xəbər verir ki, Mil-Muğan Regional Təhsil İdarəsindən “Azərbaycan müəllimi”nə bildirilib ki, hadisə elektrik naqillərinin paylanma qutusunda qısaqapanma nəticəsində baş verib. 

Təhsil müəssisəsinin işçi heyəti və şagirdlər təhlükəsiz yerə təxliyyə ediliblər, FHN-in yerli bölməsinə məlumat verilib. Görülmüş tədbirlər nəticəsində yanğın söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.

Избранный
35
3
azedu.az

4Источники